
ABŞ Prezidenti Donald Tramp tanıdığı insanlar arasında beş nəfərin koronavirus infeksiyasından öldüyünü etiraf edib.
Amerikalı lider bu barədə Pensilvaniya ştatında “Owens & Minor, Inc.” şirkətinin tibbi avadanlıqların nizamlanması mərkəzinin əməkdaşları qarşısında çıxış edərkən deyib.
“Mən tanıdığım adamlardan beşini itirdim. Onlardan ikisi çox yaxşı dostum idi… Onlar dolğun yaşda idilər, deyə bilmərəm ki, onların səhhəti qaydasında idi. Deyə bilmərəm ki, onların ideal çəkiləri var idi. İdeal deyildi. Ancaq onlar vəfat etdilər. Bu dəhşətdir”, - Tramp belə deyib.
“Siz onlara üç-dörd gündən sonra zəng edirsiniz: necədir vəziyyətləri? Cənab, onlar komadadırlar. Olar komadadırlar?” – deyə Tramp üzülərək əlavə edib.//APA
Tətbiqimizi yükləyə bilərsiniz