
Bu gün Azərbaycanda 5745 koronavirus testi aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu günə kimi ümumi test sayı 214 min 291-ə çatıb. Bu gün 121 nəfərdə Covid-19 aşkarlanıb ki, bununla da virusa yoluxanların sayı 2879 nəfərə yüksəlib.
Ümumilikdə 35 nəfər koronavirusdan dünyasını dəyişib. Hazırda aktiv xəstə sayı 1011 nəfərdir, onlardan 34-ü reanimasiyadadır, 11 nəfər isə süni tənəffüs cihazındadır.
Bu günədək sağalan xəstə sayı 1833 nəfərdir.
Tətbiqimizi yükləyə bilərsiniz