197 nəfər azərbaycanlı Kiyevdən Bakıya gətirildi - FOTO


Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

AZAL-dan Yeniavaz.com-a verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.


DİGƏR XƏBƏRLƏR

Top