
Axşam saatlarında güclü yağış nəticəsində dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunu basıb.
Hadisə Şamaxıdan İsmayıllı rayonu istiqamətində baş verib.
Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz