İnsanların koronavirusdan qorunmaq üçün getdikləri falçı virusa yoluxubmuş


Türkiyənin Kayseri şəhərində məhəllə sakinləri koronavirusdan qorunmaq üçün falçıya üz tutublar. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sonradan sakinlərin getdikləri falçının koronavirusa yoluxduğu məlum olub.
Bundan sonra məhəllə karantinə alınıb, giriş-çıxışlar məhdudlaşdırılıb.
Məsələ ilə bağlı Kayseri Jurnalistlər Cəmiyyəti başqanı Veli Altınkaya falçı qadının və məhəllənin adının şəxsi məlumatların qorunmasına görə açıqlamadığını qeyd edib.
O insanların virusa yoluxmaması üçün falçıya getməkdənsə, maska taxmağı və evdə oturmağı məsləhət görüb.
Kayseri Həkimlər Birliyi isə açıqlama yayaraq "falçıya getməyin" xəbərdarlığını edib.

DİGƏR XƏBƏRLƏR

Top