
Bu ilin yanvar-aprel ayında Azərbaycana xaricdən 201 milyon 420,5 min dollar dəyərində 17 min 196 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2019-cu ilin yanvar-aprel ayı ilə müqayisədə 5 min 501 ədəd və yaxud 47% çoxdur.
Aprel ayında isə Azərbaycana 1704 ədəd avtomobil gətirilib ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 2,2 dəfə az olub. Belə ki, ötən ilin aprel ayında ölkəyə 3 min 717 ədəd avtomobil idxal olunub.
Onu da qeyd edək ki, bu ilin ilk 4 ayında əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 406 ədəd və yaxud 51% artaraq 16 min 20-yə yüksəlib.
Bundan başqa yanvar-aprel ayında 69 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 048 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 59 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Tətbiqimizi yükləyə bilərsiniz