Siyavuş Novruzov DTX-nın əməliyyatdan DANIŞDI: "Bu cür hallar baş verəndə dərhal istefa verilir" - VİDEO


"Dünyanın bir çox ölkəsində bu cür hallar baş verəndə dərhal istefa verilir və araşdırmalar aparılır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov “Yeni Müsavat”da canlı yayım zamanı Mədəniyyət Nazirliyində DTX tərəfindən aparılmış anti-korrupsiya əməliyyatlarını şərh edərkən deyib. O mədəniyyət naziri Əbülfəs Qarayevin istefa verməməsinin səbəbi kimi Azərbaycanda belə siyasi mədəniyyətin olmamasını göstərib:
“Dünyanın bir çox ölkəsində bu cür hallar baş verəndə dərhal istefa verilir və araşdırmalar aparılır. Biz hələ mərhələ-mərhələ bu məsələlərə yaxınlaşırıq. Kimi rüşvət, korrupsiya və yaxud da cinayət üstündə işdən çıxarırsan gedir qoşulur müxalifətə. Dünyada amma bu başqa formatdadır. Məsələn deyir ki, mən bu siyasətlə razı deyiləm, o baxımdan mən öz vəzifəmdən istefa verib keçirəm müxalifətə. Azərbaycan artıq 29 ildir müstəqildir, müstəqillik dövründə belə hal Azərbaycanda olmayıb. Ancaq vətəndaşı incitdiyinə və ya rüşvət aldığına görə  vəzifəsindən azad olunduqda, məsuliyyətə cəlb edildikdə biz bunun şahidi oluruq. Lap Milli Məclisin üzvü olsa belə, mən rast gəlməmişəm ki, işlədiyi vaxtda bəyanat versin ki, mən bu siyasətlə razı deyiləm, keçirəm müxalifətə və bu istiqamətdə fəaliyyətimi davam elətdirəcəm”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb və külli miqdarda korrupsiya əməlləri aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top