Gültəkin Hacıbəyli işlətdiyi ifadələrə görə üzr istədi


"Əgər kimsə qapalı görüşdə işlətdiyim uyğunsuz ifadəni hansısa bir qrupa və ya azlığa qarşı hörmətsizlik kimi dəyərləndiribsə, səmimi üzrxahlığımı qəbul etsin".
Yeniavaz.com xəbər verir ki, bu sözləri keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Milli Şuranın Koordinasiya Mərkəzinin ZOOM-la keçirilən qapalı ilcası zamanı xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu tənqid edərkən, onun timsalında bir çoxları haqqında təhqiramiz ifadələr işlətdiyinə görə feyzbukda yazıb və məsələyə belə aydınlıq gətirib:
“Həmin toplantı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin bir uyğunsuz statusunun müzakirəsinə həsr olunmuşdu və həmin toplantıda Cəmil müəllim də, mən də insanların şəxsi həyatlarına müdaxilənin qətiyyən yolverilməz olduğunu, bu mövzuda yazmağın, buna hətta eyham vurmağın düzgün olmadığını açıq, sərt və birmənalı şəkildə bildirmişik. Həmin iclası yazanlar, bir zəhmət, onu tam paylaşsınlar.
İsmayıl Cəlilov dəfələrlə mənim haqqımda aşağılayıcı statuslar yazıb, təhqir edib, böhtan atıb, ancaq reaksiya verməmişəm. Onun şəxsi həyatı isə məni, ümumiyyətlə, maraqlandırmır və bu, hər kəsin şəxsi işidir.
Sərt, kobud ifadə işlətmişəm, razıyam, ancaq yenə deyirəm, bu bilavasitə uzun müddətdir məni və dostlarımı ədalətsiz bir şəkildə hədəfə alan şəxslə bağlı olduğu üçün emosional münasibətin qüsuru kimi ortaya çıxıb.
Bir daha bəyan edirəm ki, insanlara insan olduğu üçün dəyər verirəm, onların şəxsi həyatı, cinsi, etnik, siyasi, sosial mənsubiyyəti məni maraqlandırmır və əgər kimsə qapalı görüşdə işlətdiyim uyğunsuz ifadəni hansısa bir qrupa və ya azlığa qarşı hörmətsizlik kimi dəyərləndiribsə, səmimi üzrxahlığımı qəbul etsin”.
Xatırladaq ki, G. Hacıbəyli Milli Şuranın Koordinasiya Mərkəzinin ZOOM-la keçirilən qapalı ilcası zamanı müstəqil jurnalist İsmayıl Cəlilov barədə təhqirəramiz ifadələr işlətmiş və onun timsalında məsələni ümumiləşdirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top