
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkədə yayımlanan “Survivor” yarışmasının iştirakçılarının Dominikan adasından yola salınması anının görüntülərini “Twitter” vasitəsilə paylaşıb.
Yeniavaz.com xəbər verir ki, nazir, iştirakçıların Türkiyəyə gətirilməsi üçün öz şəxsi təyyarəsini ayıran Acun Ilıcalıya təşəkkür edib: “Karib hövzəsində fərqli ölkələrdə yaşayan vətəndaşlarımızı və dost, qardaş, qonşu ölkələrin vətəndaşlarını təxliyyə edən təyyarəmiz Dominikan Respublikasından havaya qalxdı”.
Karayipler bölgesinde farklı ülkelerde bulunan vatandaşlarımızı ve dost, kardeş komşu ülke vatandaşlarını tahliye eden uçağımız Dominik Cumhuriyeti’nden havalandı. #ÜlkemleGururDuyuyorum🇹🇷 pic.twitter.com/09EKb6gxOH
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 13, 2020
M. Çavuşoğlu təyyarədə 154 Türkiyə vətəndaşından əlavə 42 Macarıstan, 28 Rumıniya, 1 Tunis və 1 Azərbaycan vətəndaşının olduğunu bildirib.
Qeyd edək ki, təyyarədəki azərbaycanlı “Survivor” yarışmasında iştirak edən idmançı Pərviz Abdullayevdir.