Kim Çen In yenə yoxa çıxdı


Şimali Koreya lideri Kim Çen Indən 12 günüdür ki, xəbər yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yew York Post” nəşri məlumat yayıb. Bildirilib ki, may ayının 1-də gübrə zavodunun açılışında çəkilmiş fotoşəkillərinin mətbuatda yayılmasından sonra, bir daha Şimali Koreya rəhbərindən xəbər alınmayıb. Həmçinin qeyd olunub ki, ABŞ kəşfiyyat orqanları sözügedən fotoların həqiqiliyini əsaslandıracaq heç bir dəlil tapa bilməyiblər.
Qeyd edək ki, may ayının 1-ə kimi 3 həftədir soraq alınmayan Kim Çen Inın öldüyü iddia edilirdi. Belə ki, o, babası və Şimali Koreyanın qurucusu Kim İr Senin yubiley tədbirlərində belə iştirak etməmişdi.

DİGƏR XƏBƏRLƏR

Top