Çində 11 milyon insan yenidən koronavirus testindən keçiriləcək


Çinin Uhan şəhərində 5 yeni COVID-19-a yoluxma faktı qeydə alındığı üçün 10 gün içində 11 milyon insanı yenidən testdən keçirməyi planlaşdırırlar.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd Uhanda baş verə biləcək ikinci dalğanın qarşısını almaqdır.
Məlumata görə səlahiyyətlilər tərəfindən ediləcək koronavirus testi, nuklein turşusu adlandırılır. Bu testdə şəxsdən DNT və RNT-dən kiçik bir miqdar alınaraq müayinə edilir.
Səhiyyə işçiləri Uhanda son günlərdə yenidən baş qaldırmış koronavirus simptomları görünməyən asimptomatik koronavirus xəstələri olduğunu vurğulayıb.
Bildirilir ki, aprel ayının 8-dən etibarən götürülmüş qadağalardan sonra Uhan şəhərində 47 min nuklein turşusu test sınağı edilib.

DİGƏR XƏBƏRLƏR

Top