“Omega” taksi şirkətinin sürücüləri: “Bizi aldadırlar” - İDDİA


“Omega” taksi şirkətinin 15 sürücüsü şirkətin onları aldatdığını iddia ediblər.
Bu barədə Yeniavaz.com-a müraciət edən sürücülər şirkətin qiymətləri çox ucuz etdiyini və “kilometraj”da yazılan məsafəni doğru deməyərək, onları aldatdığını iddia ediblər: “Şirkət bizə məsafəni 16 km 900 m kimi qeyd edir. Lakin ünvana gedib çatanda görürük ki, məsafə 21 km-dir, 4 km bizə əskik deyilir. Səbəbini soruşduqda isə kompüterin səhv hesabladığını bildirirlər. Həzi Aslanovdan 9-cu mikrorayona 5 manat 40 qəpik pul yazır. Bu məsafə ərzində də azı 3-3.5 litr benzin sərf olunur. Qazancın da 13 faizini şirkətə veririk. Avtomobilimizdə nasazlıq yarandıqda isə xərcimiz daha çox olur. Bizim özümüzə isə 2 manatdan az pul qalır”.
Yeniavaz.com olaraq sürücülərin səsələndirdiyi iddialara münasibət almaq üçün “Omega” taksi şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bizə baş ofislə əlaqə saxlamağımızı bildirdilər. Baş ofislə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top