Qonşusunun adından polis mayorunun qətlini sifariş verən şəxsin səbəbi nə imiş? - VİDEO


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi sosial şəbəkədə 
ölümlə təhdid edilməsinin təfərrüatı məlum olub.

Yeniavaz.com İctimai Tv-yə istinadən xəbər verir ki, hadisə 50 manat pula görə törədilib.

"Evez Vahidovic” adlı Feysbuk istifadəçisi öz səhifəsindən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi hədəf göstərərək, "bu adamı qətlə yetirənə 10 min manat pul verəcəm",-deyə yazıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı bu statusu yazan 35 yaşlı Fərid Quliyev həbs edilib.

O, bu addımı qonşusu Əvəz Muxatovun ondan 50 manat alıb geri qaytarmadığı üçün etdiyini bildirib. Bu yolla qonşusunun həbs ediləcəyini düşünən F.Quliyev "dəmir barmaqlıq"lar arxasına göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top