Bakıda taksi sürücüsünün xuliqanlığı kameralara düşdü - dəmirlə hücum edib - VİDEO


Bakıda qaydaları kobud şəkildə pozan sürücünün xuliqanlıq etməsi kameraya düşüb. 

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda qeydə alınıb.

99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxıb. Sürücü ona zolağına qayıtmasını bildirib. 

Bu zaman avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edib. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilə qayıdaraq dəmir boru götürüb və digər sürücüyə hücum çəkib. Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edib.

Sözügedən videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top