11 sentyabr hadisələrində əli olduğu iddia edilən diplomatın adı AÇIQLANDI


ABŞ-da 11 sentyabr terror hadisələrini törədən terrorçulara kömək etdiyi iddia edilən diplomatın adı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Yahoo News" xəbər yayıb. Verilən məlumatlara görə, 11 sentyabr terror hadisələri zamanı vəfat edən şəxslərin ailələrinin müraciəti ilə başlayan məhkəməyə verilən sənədlərdə diplomatın adı Mussaed Ahmed el Cərrah olaraq qeyd edilib. Terror hadisəsi barədə araşdırmanın gizli məlumatlarına aid olan sənədin səhvən yayıldığı bildirilir. Ahmed el Cərrah 1999-2000-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-da yerləşən səfirliyində diplomat olaraq çalışıb. FBI-ın yüksək vəzifəli şəxsi tərəfindən hazırlanan həmin sənəddə diplomatın "əkiz qüllə"lərə hücum edən iki terrorçuya kömək etdiyindən şübhələnildiyi və Cərrahın hazırda harada olduğunun bilinmədiyi göstərilir. Bu barədə xəbərin yayımlanmasından sonra açıqlama verən FBI rəsmisi sənədin yanlışlıqla məhkəməyə təqdim edildiyini bildirib. Məlumat üçün deyək ki, 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən qaçırılan təyyarələr ABŞ-da yerləşən "əkiz qüllə"lərə çırpılıb. Nəticədə 19-u terrorçu, 2 min 996 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top