Tramp koronavirusa məğlub olmuş kimi qiymətləndirildi

ABŞ-da təşkil edilmiş bir reyddə respondentlərin 54 %-i COVID-19-a qarşı mübarizədə Tramp hökumətinə "qeyri-kafi" qiymət verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən verir ki, həmin reyd 7-10 may tarixləri arasında ölkə üzrə təsadüf seçilmiş 1112 insan arasında aparılıb. Anketdə siyasi partiya tərəfdarlarının məsələyə baxış bucaqlarının fərqləndiyi diqqət çəkib.
İştirakçılardan 84 % respublikaçı seçici hökumətə inandığı halda, demokratlardan yalnız 4 %-i onlara etimad edir.
Demokrat partiyası tərəfdarlarının 82 %-i hökumətin epidemiya ilə mübarizəyə lazımınca güc sərf etdiyini düşünsə də, respublikaçıların 80 %-i onların yaxşı bir iş gördüklərini dilə gətirib.
Respublikaçıların 81%-i hökumətin COVID-19 səbəbindən ölənlərin 100 minə qalxmaması üçün lazımi tədbirləri aldığını müdafiə edib, demokratların isə cəmi 13%-i onları müdafiə edib.
 İştirakçıların 56%-i ölümlər, 58%-i isə ilin axırına kimi gözlənilən ikinci dalğanın qarşısının alınmasında hökumətin yetərincə tədbir almadığı fikrindədir.
Qeyd edək ki, hər 10 iştirakçıdan 4-ü COVID-19 virusuna yoluxmuş bir şəxs tanıdığını bildirib ki, bu da əvvəlki ayla nisbətdə 2 qat artıq göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top