Koronavirusa yoluxan Peskov Putinlə son görüşünün tarixini AÇIQLADI


Koronavirus yoluxmuş Rusiya prezidentinin nümayəndəsi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə son görüşü barədə danışıb. 
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, Kreml sözçüsü V.Putinlə bir aydan çoxdur ki, təmasda olmadığını bildirib.
Qeyd edək ki, Peskov koronavirusa yoluxan dördüncü yüksək vəzifəli məmur oldu. Daha əvvəl Rusiya Baş naziri Mixail Mişustin, İnşaat, Mənzil və Kommunal Xidmətlər naziri Vladimir Yakuşev, həmçinin Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova koronavirusa yoluxub.
Koronavirus eyni zamanda bir sıra rus siyasətçilərinə də yoluxub. Onların arasında Dövlət Dumasının deputatı Leonid Kalaşnikov və həmkarı Dmitri Novikov da var.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top