"New York Times": Naməlum xəstəlik ortaya çıxdı - 100 uşaq yoluxdu, 3-ü dünyasını dəyişdi


ABŞ-da 100-dən çox uşağın yoluxduğu naməlum xəstəlik ortaya çıxıb.
Yeniavaz.com "New York Times"a istinadla xəbər verir ki, Nyu-York ştatının qubernatoru Andreu Kuomo keçirdiyi mətbuat konfransında koronavirusla əlaqəli olduğu düşünülən yeni xəstəliyin yayıldığını bildirib. Əsas əlamətləri daxili orqanlarda iltihablanma olan sözügedən xəstəliyə bu günə qədər 100 uşaq yoluxub, onlardan 3-ü dünyasını dəyişib: "Yoluxmaların 57 faizi 5-14 yaşlı uşaqlarda görülür. Bu həqiqətən narahatedici bir haldır. Xüsusilə valideynlər xəstəliklərdən uşaqlarını qorumaq üçün diqqətli olmalıdır. Bəhs etdiyimiz xəstəliyin sipmtomlarını daşıyan bir uşaq üzərində sınaqlar keçirilməlidir". Xüsusilə son günlər artmağa başlayan və azyaşlılara yoluxan həmin xəstəliyin haradan ortaya çıxdığı və uşaqlara təsiri barədə ətraflı məlumat hələlik yoxdur. A. Kuomo həmçinin bildirdi ki, bu xəstəliyə Asiya ölkələrində rast gəlinməyib: "Düşünürəm ki, bu xəstəliyin yoluxma riski aşağıdır, ən maraqlısı isə budur ki, xəstəlik Asiyada görülməyib. Bunun nə demək olduğunu bilmirəm". Qeyd edək ki, bir neçə gün əvvəl Avropda  uşaqlar arasında bəhs etdiyimiz naməlum xəstəliyə bənzər əlamətlər daşıyan "kavasaki"nin yayıldığı ilə bağlı məlumatlar verilmişdi. Andreu Kuomo isə ABŞ-da azyaşlılara yoluxan xəstəlikdən "nadir, naməlum" deyə bəhs edib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top