4 Avropa ölkəsində son 24 saatda 1331 nəfər koronavirusdan öldü - SON RƏQƏMLƏR


Avropada koronavirus səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, İngiltərədə son sutka ərzində 627 nəfər dünyasını dəyişib. Nəticədə ölənlərin sayı 32 min 692-yə çatıb. Açıqlanan son rəqəmlərə görə, həmin ölkədə 3 min 403 yeni yoluxma halı qeydə alınıb. İngiltərə ölüm sayına görə, hazırda dünya üzrə ikinci, Avropada isə birinci yerdədir.
İtaliyada son 24 saatda 179 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib. Ölkədə pandemiya səbəbilə ümumi ölənlərin sayı isə 30 min 911 nəfər olub. yoluxanların sayı isə 402 nəfər artaraq 221 min 216-ya çatıb. İtaliya Avropada bəhs edilən pandemiyadan ölüm hallarına görə ikinci yerdədir.
Fransada son sutkada 349 nəfər COVİD-19-dan vəfat edib. Beləcə, ümumi ölənlərin sayı 26 min 991 olub. Fransanın Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatlara görə, ölkədə pandemiyaya yoluxanların sayı 708 nəfər artaraq 213 min 662-yə çatıb. Fransada hazırda 21 min 595 nəfərin xəstəxanalarda müalicə aldığı bildirilib. Onlardan 2 min 542 nəfər reanimasiyadadır. Fransa hazırda ölüm sayına görə, Avropada üçüncü yerdədir.
Verilən son rəqəmlərə görə, İspaniyada son sutka ərzində 176 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib. Nəticədə, koronavirusdan ölənlərin sayı 26 min 920 olub. Ölkədə koronavirusa 1377 yeni yoluxma halı qeydə alınıb, ümumi yoluxanların sayı isə 269 min 520-yə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top