Çində Vuhanın bütün sakinləri koronavirus üçün test ediləcəklər


Çində Vuhan şəhərinin bütün sakinləri yerli hakimiyyət tərəfindən verilən göstərişə əsasən koronavirusla bağlı test ediləcəklər.

Nuklein turşularının istıfadəsi ilə keçirilən bu testlər 10 gün ərzində aparılmalıdır.

Tədbir mayın 10-da koronavirusun yayılmasının episentri sayılan Vuhan şəhərində virusa beş yeni yoluxma halının aşkarlandığı ilə əlaqədardır.

Hazırda şəhərdə koronavirusa 6 yoluxma halı qeydə alınıb. Xəstələrdən biri ağır vəziyyətdədir./Trend

DİGƏR XƏBƏRLƏR

Top