"WhatsApp"a yeni funksiya gəlir


"Facebook" tərəfindən hazırlanan görüntülü danışıqla bağlı yeni xüsusiyyət "WhatsApp"a əlavə olunacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Facebook" tərəfindən təqdim edilən "Messenger Rooms" proqramı ilə eyni vaxtda 50 nəfərin görüntülü danışması mümkün olacaq. Şirkət tərəfindən verilən məlumata görə, bu xüsusiyyət qısa müddət sonra "WhatsApp"a da əlavə olunacaq.
Qeyd edək ki, hazırda çox sayda insanın video konfrans keçirə bildiyi ən tanınmış proqram "Zoom" hesab olunur. "Facebook" tətbiq edəcəyi yeni xüsusiyyətlə 400 milyon istifadəçisi olan "Zoom"a rəqib olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top