Tanınmış iş adamı İngiltərənin Baş nazirini parkda tənqid edib – FOTO


İngiltərənin tanınmış iş adamlarından Bob Medous “St James” Parkında ölkənin Baş naziri Boris Consonu tənqid edib.
Yeniavz.com
“The Daily Mail”ə istinadla xəbər verir ki, bununla bağlı ölkə mətbuatında foto yayılıb. Mətbuat orqanının yaydığı xəbərə görə, karantin rejimi müddətində tətbiq olunan 1 saatlıq icazə zamanı gəzərkən B. Consonla qarşılaşan B. Medous, Baş naziri koronavirusla bağlı apardığı siyasətə görə tənqid edib. Bu zaman iş adamının həyat yoldaşı da yanında olub.
Fotoda B. Medousun, məyus halda dayanmış Baş naziri barmağı ilə göstərdiyi və danışdığı, həyat yoldaşının isə güldüyü müşahidə edilir.
Qeyd edək ki, B. Medous “Saxonbury Limited” şirkətinin direktorudur.

DİGƏR XƏBƏRLƏR

Top