Trampla jurnalist arasında daha bir gərginlik yaşandı - VİDEO


ABŞ prezidenti Donald Tramp mətbuat konfransında jurnalistlə mübahisə edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da koronavirusla bağlı keçirilən mətbuat konfransında Donald Trampla "CBS News" televiziyasının müxbiri arasında mübahisə yaşanıb. Jurnalist, "İnsanlar pandemiya səbəbilə dünyasını dəyişir ancaq, ABŞ ölüm və yoluxma sayları barədə məlumatları sanki, yarış kimi istifadə edir, bunun səbəbi nədir?"-deyə soruşub. Tramp isə bu sualın uyğunsuz olduğunu və cavab verməyəcəyini deyib. Müxbir daha sonra yenidən ayağa qalxaraq ABŞ prezidentinə sualı cavablandırmasını istəyib.
Həmin mübahisənin görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top