ABŞ-da koronavirus qurbanlarının sayı 80 mini ötdü


ABŞ-da koronavirusa yoluxanların sayı 1,3 milyon nəfəri ötüb.

Bu barədə Birləşmiş Ştatların yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə koronavirus qurbanlarının sayı 80,087 nəfərdir. Ölkədə COVID-19 xəstələrinin sayı 1,34 milyondur.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top