Kürdəmirdə hamilə qadını kimin güllələdiyi bilindi - YENİLƏNİB

Kürdəmirdə hamilə qadını qaynı güllələyib. 

Hadisə rayonun Sığırlı kəndində baş verib. 

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşı arvadı Könül İbrahim qızı Mövlayevaya atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən R. Mövlayeva polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.


***11 may, saat 22:58
Kürdəmir sakini güllə yarası alıb. 

Hadisə rayonun Sığırlı kəndində baş verib. 

Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır. 

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilədir. //APA

DİGƏR XƏBƏRLƏR

Top