Rusiyada 24 saatda rekord həddə koronavirusa yoluxma halı qeydə alındı

Rusiyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, Rusiyada son sutka ərzində 11 min 656 nəfər yeni növ koronavirusa yoluxub, 94 nəfər isə dünyasını dəyişib. Verilən məlumatlara görə, son günə olan yoluxma halı bu günə qədər qeydə alınan ən yüksək rəqəmdir. Qeyd edək ki, Rusiya da koronavirusa yoluxanların ümumi sayı 115 min 909 nəfərə çatıb. Təkcə Moskvada son sutka ərzində 6 min 169 nəfər bəhs edilən pandemiyaya tutulub.

DİGƏR XƏBƏRLƏR

Top