Hasan Şaş "Qalatasaray"dan ayrıldı


Türkiyənin "Qalatasaray" klubunun məşqçisi Hasan Şaş vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, Hasan Şaş "Qalatasaray" klubunda tutduğu vəzifədən istefa verməsi ilə bağlı məlumatı sosial şəbəkə vasitəsilə açıqlayıb. 44 yaşlı mütəxəssis bildirib ki, bu qərarı öz istəyi ilə verib. Məlumat üçün deyək ki, Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da Fatih Terimin köməkçisi kimi fəaliyyət göstərirdi.
 

DİGƏR XƏBƏRLƏR

Top