Diasporla İş üzrə Dövlət Komitəsi: "Azərbaycanlı fəallardan ailəlikcə koronavirusa yoluxan var"

“Xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var”.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, hər gün Komitə tərəfindən həmin şəxslərin gündəlik vəziyyəti, ehtiyacları öyrənilir.

V.Vahidqızı qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var:

“Onlar Macarıstan, Yunanıstan, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən olan fəallarımızdır. Həmin şəxslərdən sağalanlar da var”.

DİGƏR XƏBƏRLƏR

Top