
Türkiyənin sabiq Diyanət İşləri Başqanı Səid Yazıçıoğlu qonaq olduğu bir verilişdə Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəmizdən Həcc ziyarətinə gedənlərlə bağlı maraqlı iddialar səsləndirib.
Yeniavaz.com xəbər verir ki, “Habertürk”də bununla bağlı danışan S. Yazıçıoğlu, 90-cı illərdə Azərbaycanda dini işlərə rəhbərlik edən şəxsin ona müraciət etdiyini və 200 azərbaycanlını Həcc ziyarətinə göndərməyi xahiş etdiyini bildirib. Onun sözlərinə görə, bu ziyarət Türkiyə dövləti tərəfindən azərbaycanlılar üçün təşkil olunsa da, maraqlı hadisələr yaşanıb:
“90-cı illər türk dövlətlərinin azadlıqlarını qazandıqları illərdir. Rəhmətlik Özal onların çoxuna yol göstərirdi. Bir gün Azərbaycanın Dini İdarəsinin rəhbəri Türkiyəyə ziyarətə gəldi. Bizə dedi ki, sizdən 200 nəfəri Həcc ziyarətinə aparmağınızı istəyirik. O, bu istəyini Turqut Özala da çatdırmışdı. Özal da mənə zəng etdi, dedi ki, onların bu istəyini yerinə gətirək. Beləliklə 200 hacı namizədini İstanbula gətirdik və onlar üçün xüsusi bir tur təşkil etdik, getdilər Səudiyyə Ərəbistanına. Bir müddətdən sonra mənə zəng edib dedilər ki, azərbaycanlılar burada problem yaradırlar. “Bura istidir, bir dövrə bizə bəs edər”, - deyib dayanıblar. Sonra birtəhər dini mərasimlər başa çatdırılıb. Bizə dedilər ki, orada onların hərəsindən adambaşı 500 dollar alınıb. Belə şeylərlə çox qarşılaşırdıq, məsələn, buradan Quran göndərirdik, sonra öyrənirdik ki, orada satırlar”.
Qeyd edək ki, Said Yazıçıoğlu 1987-1992-ci illər ərzində Türkiyənin Diyanet İşleri Başkanı vəzifəsində çalışıb.
Həmin görüntüləri sizlərə təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz