
Nizami rayonu, Əli Vəliyev küçəsi 9 ünvanında yaşayan sakinlər ərazidə olan məişət tullantılarının götürülməməsindən şikayətlənirlər.
Yeniavaz.com-a bunu əks etdirən kadrlarla müraciət edən bina sakininin sözlərinə görə, vəziyyət bir neçə gündür belədir. Aidiyyətı qurumlara müraciət etmələrinə baxmayaraq əraziyə baxan yoxdur.
Sözügedən problemlə bağlı binaya nəzarət edən Nərimanov rayonu 4 saylı Mənzil İstismar sahəsi ilə əlaqə saxladıq. Qurumun mühəndisi Elnur Əliyev bildirdi ki, karantinlə bağlı əməkdaşların çıxması problem yaratdığı üçün ərazidə elə vəziyyət yaranıb:
”Karantinə görə 10 gündən bir əraziyə çıxırdıq. Ola bilsin bu işin ləngiməsinə səbəb olub. Hazırda əməkdaşlar ərazidədir və təmizləyirlər. Problem qısa müddətdə aradan qalxacaq”.
Qeyd edək ki, pandemiya dövründə belə hadisələrin olması ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olur. İlhamə Kələyeva
Tətbiqimizi yükləyə bilərsiniz