Gömrükdən büdcəyə daxil olan vəsait açıqlandı – Azalma olmayıb


Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 356 milyon 862,2 min manat həcmində vergi və rüsumlar daxil olub.
Yeniavaz.com
 Komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici əvvəlki - mart ayı ilə müqayisədə 8,9% və ya 29,1 milyon manat çox olub. Ötən ilin aprel ayı ilə müqayisədə isə 5,5% və ya 20,9 milyon manat az olub.
Onu da qeyd edək ki, aprel ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 69 milyon 674,7 min manat təşkil edib ki, bu göstərici mart ayına nisbətən 20% və ya 17,5 milyon manat azalıb.
Aprel ayı ərzində dövlət büdcəsinə 272 milyon 702,7 min manat ƏDV üzrə daxilolma olub. ƏDV üzrə daxilolma mart ayı müqayisədə 21% və ya 47,5 milyon manat artıb.
Bunlardan başqa ötən ay aksizlər üzrə büdcə daxilolmaları 12 milyon 475,8 min manat,  yol vergisi üzrə büdcə daxilolmalar isə 3 milyon 490,4 min manat olub.

DİGƏR XƏBƏRLƏR

Top