ABŞ-da COVID-19-dan ölənlərin sayı 80 000-i keçdi


COVID-19-un qeydə alındığı ölkə və bölgələrdə xəstəliklə bağlı baş verən cari məlumatların tərtib edildiyi "Worldometer" saytına görə, ABŞ-da yeni tip koronavirus diaqnozu qoyulan insanların sayı son 24 saatda 25232 nəfər artaraq 1 milyon 348 min 315 nəfərə çatıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində ABŞ-da yeni növ koronavirus (COVID-19) səbəbindən dünyasını dəyişənlərin sayı 1417 nəfər artaraq 80056 nəfərə çatıb. 
Dünya üzrə bu ardıcıllığı 264 min 663 nəfərlə İspanya, 218 min 268 nəfərlə İtalya, 215 min 260 nəfərlə isə İngiltərə izləyir.
Bu günə kimi ABŞ-da  8 milyon 925 min 350 nəfərədək insan testdən keçib. 238 min 80 nəfər isə xəstəliyə qalib gələrək yenidən sağlamlığına qovuşub. 
Xəbərdə deyilir ki, ABŞ-da xəstəliyin mərkəzi kimi Nyu York hələ də 343 min 709 yoluxma halıyla və 26 min 598 nəfərin dünyasını dəyişməsi halıyla ilk yerdədir. 
Nyu Yorkdan sonra (137 min 85 nəfər) yoluxma faktıyla Nyu Cersi, daha sonra isə Massaçusetts (76 min 743 nəfər) təqib edir.

DİGƏR XƏBƏRLƏR

Top