Metroda maska taxmayan şəxs əslində buna görə həbs olunub


Mayın 9-da “20 Yanvar” metro stansiyasında sərnişi Nicat Rəhmanoğlunun maska taxmadığına görə, Yasamal rayon Məhkəməsini tərəfindən 10 sutka həbs cəzası alıb.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin sərnişin “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərini kobud şəkildə pozub:

“Polis əməkdaşlarının ona maska taxmaq barədə xəbərdalığına məhəl qoymayıb, bu azmış kimi polis əməkdaşlarına qarşı qeyri-etik davranaraq müqavimət göstərib. Bu səbəbdən sərnişin İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinin tələblərinə uyğun olaraq 10 gün müddətinə həbs edilib".

Qeyd edək ki, "Bakı Metropoliteni"nin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib və Nazirlər Kabineti yanında Operativ Qərargahın “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”inə əsasən metro ərazisinə maskasız girmək qadağandır.

DİGƏR XƏBƏRLƏR

Top