Putin qeyri-iş günlərinin vaxtını uzada bilər


Rusiya Prezidenti Vladimir Putin mayın 11-də koronavirus infeksiyasının yayılması ilə bağlı müşavirə keçirəcək. Yeniavaz.com "Sputnik"ə istinadla xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov ölkədə qeyri-iş günlərinin vaxtının uzadılması məsələsinin nəzərdən keçiriləcəyini bildirib.

Prezident Putin mart ayında koronavirus infeksiyası ilə bağlı ölkədə qeyri-iş günləri elan edib. Bu müddət bütün aprel ayını və may bayramları arasındakı dövrü əhatə edib. Rusiyalıların mayın 12-də işə çıxa biləcəkləri ilə bağlı məsələ hələlik müzakirə edilməyib.

Prezidentin yanında sonuncu müşavirə mayın 6-da keçirilib. O zaman digər məsələlərlə yanaşı karantin rejiminin qismən və tədricən götürülməsi müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top