Trampın müşaviri koronavirus səbəbilə Ağ Evdə işləməyə getməkdən qorxduğunu etiraf edib

ABŞ Prezidenti yanında İqtisadi Müşavirlər Şurasının sədri Kevin Hasset yeni koronavirus pandemiyası səbəbilə Ağ Evdə işləməkdən çəkindiyini etiraf edib.

Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, o bazar günü verdiyi müsahibədə işə getməyin qorxunc olduğunu deyib: "Mən evdə oturub Ağ Evə getməsəm daha təhlükəsiz olardı. İndiki vaxtda insanlar daha aktiv olmalı və ölkələrinin rifahı üçün xidmət etməlidirlər".

Hasset sosial məsafəyə əməl edərək həkimlərin bütün tövsiyələrini yerinə yetirdiyini deyib. Onun sözlərinə görə, Ağ Evin işçiləri ölkədəki böhrandan çıxmaq üçün əsl qəhrəmanlıq səyləri göstərirlər.

Prezident müşaviri, Prezidentin Oval Ofisi və yaxın köməkçilərinin yerləşdiyi Ağ Evin Qərb hissəsini “izdihamlı bir yer” adlandırıb və əlavə edib ki, işləmək bir az risklidir.

DİGƏR XƏBƏRLƏR

Top