Bərdədə oğurluq edən şəxs saxlanılıb - FOTOLAR


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayonunda yaşayan N. Məmmədova Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ticarət mərkəzində olarkən naməlum şəxslər tərəfindən çantasından pulunun oğurlanması barədə  məlumat verib. 
Məlumatla əlaqədar polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum edilmiş D.Əzizov saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişə məxsus çantadan 5100 manat məbləğində pul oğurladığı müəyyən edilib. Oğurlanmış pulların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə  zamanı D. Əzizov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Esmira Hidayətova, Bərdə.
 

DİGƏR XƏBƏRLƏR

Top