TƏBİB sədri: "Biz ikinci dalğanı yaşayacağıq”

“Azərbaycanda 6-12 aprel tarixlərində koronavirusa yoluxma ilə bağlı pik qrafik müşahidə edilib”. 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, ölkə ərazisində elan edilən sərt karantin rejimindən çıxdıqca, ikinci dalğaya doğru artma halları gözlənilir: 

“Biz bu dalğaya əvvəlcədən hazırıq. Aparılan elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.

O qeyd edib ki, vətəndaşlar qaydalara əməl etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top