Azərbaycanda koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlandı

 

“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Təəsüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, deyə TƏBİB sədri deyib.

DİGƏR XƏBƏRLƏR

Top