Hər gün yediyiniz bu qidalar damar tıxanmasına səbəb olur - SİYAHI


Damar tutulması yaş ardıqca yaranan riskli xəstəliklərdən biridir. Bu zaman qan bədəndə lazım olduğu kimi dövr edə bilmir. Buna görə də ürək xəstəliyinin inkişaf riskini artırır. Eyni zamanda  beyinə də mənfi təsir edir. Bu halda beynin qanla qidalanması azalır və insulta səbəb olur. Müəyyən qidalar var ki, onlar damar tutulmasına səbəb olur.
Yeniavaz.com sözügedən qidaların siyahısını təqdim edir:

Ət
Ət, doymuş yağ və xolesterolu yüksək olan bir qidadır. Buna görə də həftədə 2 və ya daha çox istehlak olunan yağlı qırmızı ət damarlarınızın tıxanmasına səbəb ola bilər.

Toyuq dərisi
Bu toyuğun və ya hinduşkanın dərisi ola bilər. İkisi də damarların divarlarında yağ yığılmasına səbəb olur. Məsələn, adətən toyuq qanadının dərisi soyulmadan qızardılır. Zərərsiz görünsə də, dəridə kalori və lipoprotein miqdarı yüksəkdir.

Yumurta
Yumurtanın sarısı damar tutulmasına səbəb olan lipoproteinlə zəngindir. Lakin yadda saxlamaq lazımdır ki, qaynadılmış və ya suda bişmiş yumurtanın yağ miqdarı qızardılmış yumurtadan daha azdır.

Yağlar
Yeməklərdə istifadə olunan yağların bir çoxu (qarğıdalı və günəbaxan yağı) doymuş yağlardır. Bu yağlar ürək-damar sistemi üçün olduqca zərərlidir. Eyni zamanda şirniyyatlar, popkorn kimi bir çox qidaların tərkibi trans yağlardır. Sözügedən qidalar xolesterini yüksəldir. Nəticədə isə arterial damarlarda tıxanma yaranır. Eyni zamanda səhər yeməyində çörəklə marqarin yağı istehlak edənlər də az deyil. Bu yağlar mədədə gec həzm olunduğundan damar tıxanmasına səbəb olur.

Duzlu qidalar
Duz bədən üçün vacib bir qidadır. Lakin çox duzlu qidalar qan təzyiqini yüksəldir və damar xəstəliklərinə səbəb olur. Buna görə də mümkün olduğu qədər çox duzlu qidalardan uzaq olmaq lazımdır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top