Ermənistanda bir qrup hərbçi kənd sakinlərin döyərək, onlara atəş açıb


Dünən Ermənistanın Tavuş bölgəsində atışma olub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, dünən saat 19-30 radələrində İcevan polis bölməsinə Açajur kəndində atəş səslərinin eşidildiyi barədə bir xəbər gəlib.
Polisdən bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı Sayad Nazaryanla birlikdə daha üç hərbçi  43 yaşlı İcevan sakini Edmon Edilyan ilə birlikdə Açajur kəndinin daha 3 sakinini - 29 yaşlı Vaçik Kokobelyanı, Sevada Kokobelyanı və 19 yaşlı Yuri Kokobelyanı döyüblər.
Mənbənin bildirdiyinə görə, Vaçik Kokobelyan “ECO Meyvə” MMC-nin həmtəsisçisidir.  S. Kokobelyan isə keçmiş millət vəkili Xaçatur Kokobelyanın oğlu və “Yaşıl Ev MMC”nin direktorudur.
İcevan şəhər polisi və Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi Sayad Nazaryanı və onunla birlikdə olan digər hərbçilərin axtarışlarına başlayıb.  
 

DİGƏR XƏBƏRLƏR

Top