
Pakistanın Pəncab və Sind şəhərlərində çəyirtkə səbəbilə fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, milyonlarla çəyirtkə Pakistanın bir çox şəhərlərində əkin sahələrini məhv edib. Bu səbəblə Pəncab və Sind şəhərlərində fövqəladə vəziyyət elan edildiyi açıqlanıb. Çəyirtkə ilə mübarizə aparılması üçün bir neçə gün əvvəl Türkiyədən Pakistana dərmanlama posesləri üçün xüsusi hazırlanan təyyarə göndərilib. Qeyd edək ki, çəyirtkələrin çox sayda əkin sahələrini məhv etməsi, milyonlarla insanın qida təhlükəsizliyini risk altına alıb.