96 yaşlı veteranımız: "Müharibənin ən qızğın dövrlərinin şahidi olmuşam" - VİDEO


Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir.

Yeniavaz.com xatırladır ki, Qələbənin əldə olunmasında ömrünün ən fəal dövrünü İkinci Dünya müharibəsinə həsr edən, ağır zərbələr alan həmvətənlərimiz çox olub. Faşizm vəhşiliyinə qarşı gedən Böyük Vətən Müharibəsində 700 minədək azərbaycanlı iştirak edib.
Böyük Vətən müharibəsində əməyi keçən, igidlik göstərən azərbaycanlılardan biri də 16 yaşında müharibəyə yollanan veteranımız Bağır Məlikovdur.
Ukrayna, Rostov, Rumınya, Avstriya, Berlində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Qocaman veteranımızın ən dəşhşətli döyüşləri isə Don çayı ətrafında olub.
O, müharibədə başına gələn qəribə və dəhşətli hadisələri danışdıqda sanki həmin günləri yenidən yaşayır.
Cəsur döyüşçü Böyük Vətən Müharibəsinin Qələbə xəbərini aldıqda keçirdiyi hissləri qürur hissi ilə ifadə edir.
3 qız atası olan 96 yaşlı Bağır Məlikovun 8 nəvəsi, 12 nəticəsi var. Qəhrəmanımız həyəcanla Qələbənin 75 illik yubileyinə hazırlaşır. Ən böyük Qələbə xəbərini isə Azərbaycan ordusundan gözləyir.

İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top