
Xəbər verdiyimiz ki, sabahdan, 9 may 2020-ci il tarixdən etibarən Bakıda metroların işləməsinə icazə veriləcək. Dünyada yayılan COVID-19 pandemiyasına görə, bir aydan çox fəaliyyətini dayandıran metro virusların ən çox yayıldığı ictimai yerlərdən sayılır. Son günlər Operativ Qərargahdan verilən məlumatda ölkədə koronavirusa yoluxma hallarının artdığı görülür. Bəs metroların açılması xəstəliyin daha çox yayılmasına səbəb ola bilərmi? Mövzu ilə bağlı müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla ilə əlaqə saxladıq.
Adil Qeybulla Yeniavaz.com-a açıqlamasında bildirdi ki, ictimai yerlərin fəaliyyətini bərpa etməsi, iş yerlərinin açılması bəzi qaydalara əməl edildiyi təqdirdə təhlükəli deyil:
"Burada vacib məqamlardan biri insanların bu xəstəliyə ciddi yanaşmasıdır. Hələ də istər sosial şəbəkələrdə, istər küçələrdə bu prosesə inanmayanlar, qaydalara əməl etməyənlər var. Əgər insanlar yeni növ koronavirus təhlükəsinə görə qoyulan qaydalara riayət etsələr yoluxmalar azalar. Virus havada çox qalmır, daha çox səthələrə yapışaraq digər insanlara yoluxur. Metroların açılmasına gəldikdə isə bildiyimiz kimi, orada havalandırma sistemləri var, hər gün dezinfeksiya olunur, Metrodan istifadə edən insanlar maska taxsalar, gigiyenik qaydalara riayət etsələr təhlükəli hallar artmaz.
Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz