Gürcüstan Ukraynadakı səfirini geri çağırır – Saakaşviliyə görə


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna İslahatlar İcraiyyə Komitəsinin rəhbəri təyin olunmasından sonra Gürcüstan Kiyevdəki səfirini geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani açıqlama verib.
“Gürcüstanda mühakimə olunan və axtarışda olan şəxsin strateji tərəfdaş ölkə Ukraynada vəzifəyə təyin edilməsi Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin məsləhətləşmə üçün geri çağırılması qərarı üçün əsas oldu” – deyə, nazir bildirib.
Zalkaliani  onu da qeyd edib ki, Tiflis Kiyevlə diplomatik münasibətləri dayandırmaq niyyətində deyil: “Bu qərara baxmayaraq diplomatik əlaqələrin kəsilməsini və strateji tərəfdaşlığın yenidən nəzərdən keçirilməsini düşünmürük”.

DİGƏR XƏBƏRLƏR

Top