Bakıda 3 yaşlı uşaq faciəli şəkildə öldü


Bakıda azyaşlını elektrik cərəyanı vurub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə mayın 7-si saat 17 radələrində paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü A.B mətbəxt otağında elektrik xəttinə qoşulmuş vəziyyətdə olan elektrik ötürücüsünün üzərindəki izolyasiya lentini açarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top