
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, təlimlər Ağdamın işğal altındakı Uzundərə kəndi ərazisində keçirilir. Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.
Hazırda təlim davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz