Köhnə kafe və restoranlar sökülür - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında fəaliyyət göstərən və istismar müddətini başa vurmuş, köhnə restoran, kafe və çay evlərinin sökülməsinə başlanılıb.

Yeniavaz.com Baku.tv-ə istinadla xəbər verir ki, bölgəyə gələn turistlərə müasir tələblərə uyğun olmayan restoran və kafelərdə xidmət göstərilirdi. Bu da bəzən müştərilərin narazılığına səbəb olurdu. 

Obyekt sahiblərinə restoran və kafelərin əsaslı şəkildə bərpa edilməsi və yenidən qurulması tövsiyə edilib. Bu işlər rayon ərazisində fəaliyyət göstərən 50-dən çox kafe, restoran və çay evlərində həyata keçirilir.

Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib ki, sözügedən obyektlərə baxış keçirilib və sahibkarlara müasir standartlara uyğun layihələr təqdim olunub. Daha sonra işlərə start verilib. 

DİGƏR XƏBƏRLƏR

Top