Sumqayıtda iki avtobus toqquşub, yaralananlar var - VİDEO


Sumqayıtda iki marşrut avtobusu toqquşub. 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top