Koronavirus günlərində Moskva merinin "cah-calalı" hər kəsi təəccübləndirib - FOTO


Rusiyalı müxalifətçi Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondu (KMF) Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakovanın fotolarını incələyərək onun qarderobunun ən az 15 milyon rubl (təqribən 203 min ABŞ dolları) olduğunu ortaya çıxarıb.

Mer Sergey Sobyannin Yeni Moskvada xəstəxana tikintisində müşayiət edən Anastasiya Rakovanın bahalı geyim və bəzək əşyaları heç kimin gözündən qaçmayıb. Xanım Rakova buraya “Chanel” firmasının 1050 dollarlıq palantinlə, 448 min rubl dəyərindəki (6000 min ABŞ dolları) “Loro Piana” markalı paltoda gəlməkdən çəkinməyib.

Üstəlik onun üzərindəki dünyanın lüks brendlərinə məxsus bəzək əşyaları da dövlət məmurunun ala biləməyəcəyi dərəcədə bahalığı ilə diqqət cəlb edib. Məsələn foto və videoların incələnməsi zamanı mer müavininin Moskva hökumətini iclaslarından birində “Graff” markalı brilyant asqı taxdığı görünüb. Həmin asqının qiyməti 8 362 500 rubl, yəni təxminən 113 min ABŞ dollarıdır.

“Anastasiya Rakovanın rəsmi gəlir bəyannaməsinə görə, son beş ildə onun gəlirləri təxminən 7 milyon rubl təşkil edib. Xanım Rakova ərdə deyil və dövlət qulluğundan başqa bir işdə çalışmayıb,-deyə fondun youtebe kanalı vasitəsilə yaydığı xəbərdə bildirilir.

“Bu hələ onun fotoşəkillərdə görünən sərvətidir. Onun bundan başqa nələrə malik olduğunu düşünmək belə dəhşətlidir. Lakin bunu gizlətməyi ağlına belə gətirmir. Bu qadın korrupsiya sübutlarını özü ilə gəzdirməkdən qürur duyur. Bu əşyaların qiymətinin necə olması isə onun vecinə də deyil, çünki heç kmdən qorxmur”,-deyə süjetdə qeyd olunub.





musavat.com

 

DİGƏR XƏBƏRLƏR

Top