“Beşinci və doqquzuncu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib:
“Respublika fənn olimpiadalarının üçüncü - final mərhələsi mart ayının sonunda keçirilməli idi.
589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının birinci yarısına planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazalarında sıxlıq olmadan keçiriləcək”.